Həmişəkindən daha çox cihazlarla
böyük faylları asanlıqla və sürətlə paylaşın
Quick Share xüsusiyyətindən istifadə edərək faylları dostlarınızla tez, təhlükəsiz və asanlıqla paylaşın.
Sadıcı bir neçə düyməyə basmaqla, siz fotoşəkillər, sənədlər və s. göndərə bilərsiniz.
Faylları Samsung Galaxy cihazınızdan digər Samsung Galaxy cihazlarına,
eləcə də digər istehsalçıların dəstəklənən Android cihazlarına və ya kompüterlərinə paylaşa bilərsiniz.1, 2
Niyə Quick Share istifadə etməlisiniz
Quick Share, faylların yalnız yaxınlıqdakı cihazlarla deyil, həm də bir-birindən uzaqda olan cihazlar arasında asanlıqla və tez bir zamanda paylaşılmasına imkan verir.
Yaxınlıqdakı cihazlarla paylaşma xüsusiyyəti ilə siz yaxınlıqdakı Samsung Galaxy cihazları, həmçinin digər istehsalçılara aid dəstəklənən Android mobil cihazları və kompüterlərlə asanlıqla əlaqə yarada bilərsiniz. Kontaktlarla paylaşma xüsusiyyəti ilə, hətta dəstəklənən iOS mobil cihazları olan iOS istifadəçiləri ilə də bulud bağlantıları ilə bildirişləri və ya mətn mesajları vasitəsilə məsafə məhdudiyyəti olmadan məlumat paylaşa bilərsiniz.4
Həssas məlumatları paylaşma ilə bağlı əlavə təhlükəsizlik üçün "Özəl paylaşım" funksiyasından istifadə edin.
Bir neçə toxunuşla
yaxınlıqdakı cihazlarla paylaşın
Siz istənilən sayda və ölçüdə fotoşəkilləri, videoları, sənədləri və digər faylları sürətlə paylaşa bilərsiniz.3
Sizin dostlarınız iOS cihazlarından istifadə edirsə, siz yenə də faylları onlarla QR kod vasitəsilə paylaşa bilərsiniz.4
Məsafəyə baxmayaraq
dostlarla anında
paylaşın
Məsafə problem deyil. Sizin dostlarınız yaxınlıqda olmasalar belə,
siz, Quick Share köməyi ilə, kontaktlarınız vasitəsilə, qəbul edən şəxslərin cihazının növündən asılı olmayaraq, faylları sürətlə paylaşa bilərsiniz.
*Kontaktlarınızdan istifadə edərək məlumat paylaşma xüsusiyyəti hazırda dəstəklənən Samsung Galaxy smartfon və planşetlərində (PC-də deyil) mövcuddur.
*Kontaktlarınızdan istifadə edərək məlumat paylaşma xüsusiyyəti hazırda dəstəklənən Samsung Galaxy smartfon və planşetlərində (PC-də deyil) mövcuddur.
Əhəmiyyətli faylları
rahatlıqla paylaşın
Əhəmiyyətli faylların təhlükəsizliyini, hətta onları paylaşdıqdan sonra belə, təmin edin. Private sharing funksiyası ilə siz faylların üçün etibarlılıq müddəti və tarixi təyin edə bilərsiniz. Siz, həmçinin, qəbul edən şəxslərin skrinşot çəkmələrinin, faylları yaddaşda saxlamalarının və başqa şəxslərə göndərmələrinin qarşısını ala bilərsiniz5
*Private Sharing funksiyası yalnız Samsung Galaxy cihazı arasında mövcuddur.
*Private Sharing funksiyası yalnız Samsung Galaxy cihazı arasında mövcuddur.
Digər istehsalçıların cihazları ilə asanlıqla əlaqə qurun
Samsung Galaxy cihazlarından istifadə etməsələr də, yaxınlarınızla Quick Share funksiyasından istifadə edin. Fotoşəkilləri, videoları və faylları Samsung Galaxy Book ilə asanlıqla paylaşa bilərsiniz — yalnız Samsung Galaxy cihazları ilə deyil, digər istehsalçıların dəstəklənən Android cihazları və kompüterləri.2
*Aşağıda qeyd olunan dəstəklənən Windows sistemli fərdi kompüterlərin texniki xüsusiyyətlərini yoxlayın. *Faylları digər istehsalçıların dəstəklənən cihazları ilə bölüşmək üçün bu cihazlarda Google Quick Share funksiyası quraşdırılmalıdır.
*Aşağıda qeyd olunan dəstəklənən Windows sistemli fərdi kompüterlərin texniki xüsusiyyətlərini yoxlayın. *Faylları digər istehsalçıların dəstəklənən cihazları ilə bölüşmək üçün bu cihazlarda Google Quick Share funksiyası quraşdırılmalıdır.
Quick Share-dən necə istifadə etmək olar
Yaxınlıqdakı Cihazlarla Paylaşın
Kontaktlarda Paylaşın
Şəxsi Paylaşım
Kompüterlərdə Quick Share-dən necə istifadə etmək olar?
Samsung Galaxy Book-dan faylları ötürmək üçün Quick Share funksiyasından istifadə edin.
Şəkillərinizi, videolarınızı və sənədlərinizi Samsung Galaxy cihazları və digər istehsalçıların digər dəstəklənən cihazları ilə paylaşa bilərsiniz.1,2
*Faylları digər istehsalçıların dəstəklənən cihazları ilə bölüşmək üçün bu cihazlarda Google Quick Share funksiyası quraşdırılmalıdır.
Tez-tez soruşulan suallar
-
Hansı cihazlar Quick Share-i dəstəkləyir?Quick Share-in dəstəklənnəsi ilə bağlı tələbləri aşağıdan yoxlaya bilərsiniz.
[Smartfon/Planşet]- Android ƏS 10 (Q ƏS) və ya daha sonrakı versiyalı, One UI 2.1 və ya daha sonrakı versiyalı Samsung Galaxy cihazı
[PC]
Dəstəklənən texniki xüsusiyyətlər- ƏS: Windows 10 2004 və ya daha sonrakı versiyalar
- Bluetooth drayveri: Intel versiya 22.50.02 və ya daha sonrakı
- Wi-Fi drayveri: Intel versiya 22.50.02 və ya daha sonrakı
Dəstəklənən cihazlar- Samsung Galaxy Books (o cümlədən, 2020-ci ildə və daha sonra istehsal edilmiş Qualcomm bazalı fərdi kompüterlər)
- Optimal performansı təmin etmək üçün ən son versiyalara qədər Windows ƏS və Bluetooth/Wi-Fi drayverlərini yeniləyin.
※ Aşağıdakı linkdən istifadə edərək, digər istehsalçılara aid kompüterlər üçün Google Quick Share -i yükləyə bilərsiniz.
(https://www.android.com/better-together/quick-share-app/)- Quick Share, Android ƏS 6.0 (Marshmallow) və ya daha sonrakı versiyaları, Chromebook və bəzi Windows cihazları ilə uyumludur.
-
Quick Share xüsusiyyəti Samsung Galaxy xaricindəki cihazlarda dəstəklənirmi?Google Quick Share-dən Samsung Galaxy olmayan digər Android cihazlarında və kompüterlərdə (Chromebook daxil olmaqla) istifadə edə bilərsiniz. Daha ətraflı məlumat üçün "Quick Share-i hansı cihazlar dəstəkləyir?" sualına nəzər salın.
-
Quick Share vasitəsilə faylları qəbul etmək üçün tələblər və ya parametrlər varmı?Yaxınlıqda olan digər cihazlardan fayl qəbul etmək üçün sizin cihazınızın ekranı yanılı olmalı, habelə, Quick Share-də "Sizinlə faylları kim paylaşa bilər" tənzimləməsi ya “Yalnız kontaktlar”, ya da “Hər kəs” olaraq təyin edilməlidir. Göndərən şəxs Quick Share ekranında sizin cihazınızı, onların və sizin cihazlarınızı tapa bilmirsə. Bununla belə, eyni Samsung hesabına daxil olmuş cihazlar, "Sizinlə faylları kim paylaşa bilər" tənzimləməsindən asılı olmayaraq, istənilən vaxt bir-birindən faylları qəbul edə bilər.
-
Tez Paylaşımda "Sizinlə kim paylaşa bilər" parametrlərindəki seçimlərin hər biri nə deməkdir?"Sizinlə faylları kim paylaşa bilər" tənzimləməsi üçün variantlar aşağıdakılardır:
- Heç kəs: Heç kəs sizinlə faylları paylaşa bilməz.
- Yalnız kontaktlar: Yalnız Samsung hesabları vasitəsilə Kontaktlar siyahınızda yaddaşda saxlanmış istifadəçilər sizinlə fayl paylaşa bilər.
- Hər kəs: Yaxınlıqda olan istənilən şəxs sizinlə faylları paylaşa bilər.
*Yalnız 10 dəqiqə ərzində işləyir: Bu işarə seçildikdə, avtomatik olaraq Yalnız kontaktlar və ya Heç kəs variantına keçir (Samsung hesabına giriş həyata keçirilməyibsə)
*Eyni Samsung hesabına daxil olmuş cihazlar, tənzimləmələrdən asılı olmayaraq, həmişə bir-biri ilə fayl paylaşa bilər. -
Quick Share mobil datadan istifadə edirmi?Yaxınlıqdakı cihazlarla paylaşın
- Fayllar mobil datadan istifadə etmədən paylaşıla bilər.
QR kodundan istifadə edərək paylaşın/Kontaktlarda paylaşın
- Mobil data istifadəsi tələb olunur. Böyük faylları Wi-Fi bağlantısı vasitəsilə paylaşmaq tövsiyə olunur. -
Quick Share vasitəsilə eyni vaxtda paylaşıla bilən faylların sayı və ya ölçüsü ilə bağlı hər hansı məhdudiyyət varmı?Yaxınlıqdakı cihazlarla faylların paylaşılması üçün paylaşılacaq faylların sayı və ölçüsü üzrə heç bir məhdudiyyət qoyulmayıb.
QR kodlar və kontaktlar vasitəsilə faylların paylaşılması üçün eyni zamanda maksimum 1,000 fayl göndərilə bilər. Hər fayl üzrə 10GB məhdudiyyət var, habelə, gün ərzində 10GB göndərilə bilər.
Private sharing funksiyası ilə siz eyni zamanda 20-ə qədər fayl və 200MB verilənlər göndərə bilərsiniz. -
Quick Share vasitəsilə hansı növ faylları paylaşmaq olar?Yaxınlıqdakı cihazlarla faylların paylaşılması üçün paylaşıla biləcək faylların növü ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Müxtəlif növ şəkilləri, videoları, audio faylları, sənədləri, APK faylları, URL linkləri və digər fayl növlərini pulsuz şəkildə göndərə bilərsiniz.
QR kodlar və kontaktlar vasitəsilə faylların paylaşılması funksiyasında bəzi fayl növləri dəstəklənmir:
EXE fayllar: .exe, .com, .bat, .cmd, .vbs, .reg, .msi.
Private sharing funksiyasının köməyi ilə aşağıdakı fayl növlərini göndərə bilərsiniz:- Şəkillər: "jpeg", "jpg", "png", "gif", "bmp", "webp", "heic", "dng"
- Videolar: "webm", "mp4", "3gp", "3g2", "mkv"
- Audio fayllar: “mp3”, “wav”, “ogg”, “m4a”
- Sənədlər: “txt”, “pdf”
-
Quick Share-də şəxsi paylaşım seçimi nədir?Özəl paylaşım funksiyasından istifadə etmək üçün, Quick Share ekranının yuxarı hissəsindəki “Daha çox seçim” menyusuna toxunun və “Özəl paylaşım funksiyasını aktiv et” seçimini edin. Özəl paylaşım, başqalarının paylaşılmış fayllarının ekran görüntüsünü almaq, saxlamaq və ya yenidən göndərməsinin qarşısını alır. Eyni zamanda, siz, qəbul edən şəxsin təyin edilmiş vaxtdan sonra fayllara keçid əldə etməsinin qarşısının alınması üçün, faylları üçün etibarlılıq müddəti təyin edə bilərsiniz. Özəl paylaşım funksiyasından müvafiq şəxslər üçün əhəmiyyətli olan şəxsi məlumatların və ya məxfi faylların əks etdirildiyi xidməti faylların paylaşılması üçün istifadə etmək tövsiyə olunur.
*Özəl paylaşım funksiyası Galaxy telefonlarında, Planşetlərində və Kitablarında mövcuddur. *Özəl paylaşım funksiyasının mövcudluğu, ölkədən və ya regiondan asılı olaraq, dəyişə bilər. -
Quick Share-də Şəxsi paylaşım vasitəsilə eyni vaxtda paylaşıla bilən faylların sayı və ya ölçüsü ilə bağlı hər hansı məhdudiyyət varmı?Şəxsi paylaşma vasitəsilə siz eyni anda 20-yə qədər fayl və 200 MB məlumat paylaşa bilərsiniz.
-
Quick Share-də şəxsi paylaşım vasitəsilə hansı növ faylları paylaşmaq olar?Aşağıdakı fayl növləri Şəxsi paylaşma vasitəsilə paylaşıla bilər.
- Şəkillər: "jpeg", "jpg", "png", "gif", "bmp", "webp", "heic", "dng"
- Videolar: "webm", "mp4", "3gp", "3g2", "mkv"
- Audio: “mp3”, “wav”, “ogg”, “m4a”
- Sənəd: “txt”, “pdf”
Nə üçün Galaxy
Həyat Galaxy ilə açılır
Açıqlıq - biz buna inanırıq. Samsung Galaxy imkanları açmaq üçün yaradılmışdır. Dünyanın sərhədləri nə qədər az olsa, hamımız bir o qədər uzağa gedə bilərik.
- Model, region və digər amillərdən asılı olaraq faktiki UX/UI proqram versiyası dəyişə bilər
- Funksiyanın mövcudluğu, ölkədən və ya regiondan asılı olaraq, dəyişə bilər.
- Bu, One UI 2.1 və ya daha sonrakı versiyaları və Android ƏS 10 (Q ƏS) və ya daha sonrakı versiyası quraşdırılmış Samsung Galaxy cihazlarında mövcuddur. Dəstəklənən kompüterlər sırasına 2020-ci il və ya sonrakı buraxılış tarixinə malik olan, Qualcomm əsaslı Samsung Galaxy Book da daxil olmaqla kompüterlər aiddir (ƏS: Windows 10 2004 və ya daha sonrakı versiya, Bluetooth drayveri: Intel versiyası 22.50.02 və ya daha sonrakı, Wi-Fi drayveri: Intel versiyası 22.50.07 və ya daha sonrakı). Quick Share funksiyasından istifadə etmək üçün Bluetooth və Wi-Fi bağlantısı tələb olunur. Eyni zamanda paylaşıla bilən cihazların sayı, paylaşma cihazının Wi-Fi çipinin aparatından asılıdır. Faktiki sürət cihazdan, şəbəkənin vəziyyətindən və istifadəçi mühitindən asılı olaraq dəyişə bilər.
- [Smartfon/Planşet]
- Android ƏS 10 (Q ƏS) və ya daha sonrakı versiya və One UI 2.1 və ya daha sonrakı versiya quraşdırılmış Samsung Galaxy cihazları.
Dəstəklənən texniki xüsusiyyətlər- ƏS: Windows 10 2004 (tərtibat nömrəsi 19041) və ya daha sonrakı versiyalar
- Bluetooth drayveri: Intel versiya 22.50.02 və ya daha sonrakı
- Wi-Fi drayveri: Intel versiya 22.50.02 və ya daha sonrakı
- Samsung Galaxy Books (o cümlədən, 2020-ci ildə və daha sonra istehsal edilmiş Qualcomm bazalı fərdi kompüterlər)
- Optimal performansı təmin etmək üçün ən son versiyalara qədər Windows ƏS və Bluetooth/Wi-Fi drayverlərini yeniləyin. *Quick Share funksiyasını aşağıdakı linkdən digər istehsalçıların kompüterləri üçün yükləmək olar.
- Daha rahat istifadə üçün Windows əməliyyat sisteminin və Bluetooth/Wi-Fi drayverlərin ən son versiyaya qədər yenilənməsini təmin edin
- İstehsalçıdan və modeldən asılı olaraq, bu xüsusiyyətin bəzi və ya bütün funksiyalarına münasibətdə müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.
- Android ƏS 10 (Q ƏS) və ya daha sonrakı versiya və One UI 2.1 və ya daha sonrakı versiya quraşdırılmış Samsung Galaxy cihazları.
- Quick Share Android 6 (M ƏS) və ya daha yeni Android versiyalı cihazlar, Chromebook və bəzi Windows sistemli cihazlarla işləyə bilər Bəzi tənzimləmələr və funksiyalar fərqli ola bilər.
- QR kodlar və kontaktlar vasitəsilə faylların paylaşılması üçün eyni zamanda maksimum 1,000 fayl göndərilə bilər. Hər fayl üzrə 10GB məhdudiyyət var, habelə, gün ərzində 10GB göndərilə bilər. Linkin müddəti iki gündən sonra başa çatır. Göndərən şəxsin cihazında Samsung hesabının olması tələb olunur. Eyni zamanda, həm göndərən, həm də qəbul edən şəxsin cihazlarında İnternetə qoşulma olmalıdır.
Müəyyən fayl növləri dəstəklənmir:- EXE fayllar (.exe, .com, .bat, .cmd, .vbs, .reg, .msi)
- EXE fayllar (.exe, .com, .bat, .cmd, .vbs, .reg, .msi)
- Ğzəl paylaşım funksiyası yalnız Galaxy cihazları arasında paylaşım üçün nəzərdə tutulub, eyni zamanda 200 MB-dan çox olmayan 20 fayl köçürə bilərsiniz.
Paylaşa biləcəyiniz fayl növləri:- Şəkillər (.jpg, .jpeg, .png, .gif, .bmp, .webp, .heic, .dng)
- Videolar (.webm, .mp4, .3gp, .3g2, .mkv)
- Audio fayllar (.mp3, .wav, .ogg, .m4a)
- Sənədlər (.txt, .pdf)